AZ

Azərbaycanda yay transfer pəncərəsi bağlanıb

Azərbaycan futbolunda 2024/2025 mövsümü üçün yay transfer pəncərəsi bağlanıb.

Prosport.Az xəbər verir ki, transfer prosesi sentyabrın 16-sı saat 23:59-da yekunlaşıb.  Beləliklə, artıq bu gündən etibarən növbəti tranfer pəncərəsi açılana qədər Azərbaycanın heç bir klubu yerli və xarici kluba məxsus heç bir oyunçunu ala bilməyəcək.

Azərbaycan klubları qış transfer pəncərəsinə qədər yalnız azad agent statusu daşıyan - yəni heç bir kluba məxsus olmayan futbolçunu heyətinə cəlb edə bilər.

Qeyd edək ki, transfer pəncərəsi iyunun 25-də açılmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
4
prosport.az

5Mənbələr