AZ

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə rəis təyin edilib

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə rəis təyin edilib.

Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun müvafiq əmrinə əsasən, Talıb Cəfərov Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb.

Talıb Cəfərov bu təyinata qədər Elm-Tədris Mərkəzinin rəis müavini vəzifəsində işləyib.

Xatırladaq ki, Mərkəzin əvvəlki rəisi Mübariz Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
14
azpost.info

10Mənbələr