AZ

Asif Yusifli AXCP-dən istefa verib

Yayımlandı: 17 Sentyabr 2024 14:35 O, partiyanın boykot qərarlarını “xroniki” adlandıraraq etiraz edib Asif Yusifli Xalq Cəbhəsi Partiyasından (AXCP) istefa verib. Rəyasət Heyətinin üzvü olan Asif Yusifli bu barədə sentyabrın 16-da “Facebook” səhifəsində paylaşım edib. “Əli Kərimli olmaqla Xalq Cəbhəsinin bütün üzvlərinə uğurlar arzulayıram. Uzun müddətli birgə fəaliyyətə görə bütün AXCP üzvlərinə təşəkkür edirəm. Bu gündən etibarən AXCP üzvlüyündən istefa verirəm”, – deyə o qeyd edib. Asif Yusifli səbəb kimi davamlı olaraq partiyanın seçkiləri boykot qərarını əsas gətirib: “İstefamın səbəbi xroniki boykot qərarlarıdır”. Ancaq Asif Yusifli prinsipial müxalifətçi mövqeyində qaldığını qeyd edib: “Fəaliyyətimi müstəqil olaraq davam etdirəcəm. Növbəti addımlarım haqda ictimaiyyətə məlumat verəcəm”. Meydan TV-nin sorğusuna cavab verən Asif Yusifli dünənki qərarı barədə danışmaq istəmədiyini bildirib. Asif Yusifli 1995-ci ildən AXCP-nin üzvü idi. AXCP funksioneri Fuad Qəhrəmanlı Meydan TV-nin sorğusuna qısa cavab verib: “Bu, Asif Yusiflinin fərdi qərarı olduğu üçün münasibət bildirməyi məqsədəuyğun saymıram”. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
xural.com

1Mənbələr