Günlər öncə Türkiyədə yoxa çıxan və 17 gün sonra cəsədi tapılan 8 yaşlı Narin Güranın Məhkəmə Tibb ekspertizası yekunlaşıb.Turanpress.org Türkiyə mediasına istinadən xəbər verir ki, ekspertizanın cavabından Narinin boğularaq öldürüldüyü məlum olub.
Verilən ilkin açıqlamada boğulma zamanı Narinin ağzından çıxan mayenin əmisi Səlim Güranın əlinə, oradan da avtomobilinin sükanına və oturacağına bulaşdığı ehtimalı öz təsdiqini tapıb.