AZ

İntizam Komitəsinin qərarları

13 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Araz-Naxçıvan” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilir (maddə 51.2);
14 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Şamaxı” – “Sumqayıt” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 700 manat cərimə edilir (maddə 37);
 
14 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Şamaxı” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun futbolçuları isinmə hərəkətləri zamanı Əsasnamə qaydalarının tələblərini pozduğuna görə “Sumqayıt” klubu 500 manat cərimə edilir (maddə 53.7);
 
11 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun “Karvan” – “Qaradağ Lökbatan” oyununda “Karvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Karvan” klubu 70 manat cərimə edilir (maddə 37);
 
11 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun “Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilir (maddə 51.2);
 
12 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun “Difai” – “Cəbrayıl” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Difai” klubu 70 manat cərimə edilir (maddə 37);
 
12 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun “Difai” – “Cəbrayıl” oyununun 90+4-cü dəqiqəsində “Cəbrayıl” komandasının 99 nömrəli futbolçusu Okan Təhməzli ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Cəbrayıl” klubu 50 manat cərimə edilir (maddə 36.5);
 
12 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun “İmişli” – “Baku Sportinq” oyununda “Baku Sportinq” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Baku Sportinq” klubu 70 manat cərimə edilir (maddə 37);
 
12 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun “İmişli” – “Baku Sportinq” oyununun 83-cü dəqiqəsində “Baku Sportinq” komandasının 12 nömrəli futbolçusu Hüseyn Mürsəlov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Baku Sportinq” klubu 50 manat cərimə edilir (maddə 36.5);
 
13 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun MOİK – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilir (maddə 37);
 
13 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun MOİK – “Mingəçevir” oyunu “Mingəçevir” komandasının formalarında problem olduğundan gec başladığına görə “Mingəçevir” komandası 80 manat cərimə edilir (maddə 75.6);
 
13 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun MOİK – “Mingəçevir” oyununun 30-cu dəqiqəsində topdaşıyanlar meydançaya daxil olduğuna görə MOİK klubu 50 manat cərimə edilir (maddə 74.2);
 
13 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun MOİK – “Mingəçevir” matçında oyun günü planının tələbləri pozulduğuna görə MOİK klubu 100 manat cərimə edilir (maddə 77.1);
 
13 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun MOİK – “Mingəçevir” matçında Əsasnamənin tələbləri pozulduğuna görə MOİK klubu 50 manat cərimə edilir (maddə 70.1);
 
13 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun MOİK – “Mingəçevir” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə MOİK klubu 80 manat cərimə edilir (maddə 51.2).
 
16 sentyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının VI turunun “Zirə-2” – “Neftçi-2” oyununun 1-ci dəqiqəsində “Zirə-2” komandasının 77 nömrəli futbolçusu Fərid Kələntərov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Zirə-2” komandası 150 manat cərimə edilir (maddə 39.1);
 
16 sentyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının VI turunun “Zirə-2” – “Neftçi-2” oyununun 78-ci dəqiqəsində “Zirə-2” komandasının 93 nömrəli futbolçusu Yelmar Aşurov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Zirə-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
 
15 sentyabr 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Universal Football Academy” – “Dinamo” (Bakı) FK oyununda “Universal Football Academy” FK komandasının heyətində 4 nömrəli futbolçu Sədrəddin Hüseynov qarşılaşmanın 71-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)
 
14 sentyabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Masallı” PFK – “Dinamo” (Bakı) FK oyununda “Dinamo” (Bakı) FK komandasının heyətində 3 nömrəli futbolçu Ramin Ağayev qarşılaşmanın 90+2-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
 
12 sentyabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Zirə” PFK – “Mübariz” FA oyununda “Zirə” PFK komandasının heyətində 9 nömrəli futbolçu Heydərəli Cavadlı qarşılaşmanın 88-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 42.2)
 
12 sentyabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Zirə” PFK – “Mübariz” FA oyununda “Zirə” PFK komandasının heyətində 9 nömrəli futbolçusu Heydərəli Cavadlının atası qarşılaşma bitdikdən sonra meydana daxil olaraq baş hakimi təhqir etdiyinə görə “Zirə” PFK komandasına xəbərdarlıq edilir (maddə 11).
 
14 sentyabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Dinamo” (Bakı) FK –“Sumqayıt” FK oyununda “Sumqayıt” FK komandasının heyətində 7 nömrəli futbolçu Tunar Nəbizadə qarşılaşmanın 69-cu dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)
 
14 sentyabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Qarabağ” FK – ASTA FK oyununda ASTA FK komandasının rəsmi Rüstəm Əliyev qarşılaşma bitdikdən sonra hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 5 oyun cəzalandırılsın. (maddə 43.4)
 
15 sentyabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Kəpəz” PFK – “Lion” PFK oyununda “Lion” PFK komandasının heyətində 1 nömrəli futbolçu Amin Quliyev qarşılaşmanın 83-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)
 
15 avqust 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Turan Tovuz” FK – “Metak” FK oyununda “Turan Tovuz” FK komandasının heyətində 23 nömrəli və 13 nömrəli futbolçular Nəsimi Alıyev və Məcid Abbasov qarşılaşmanın 78-ci dəqiqəsində rəqibi təhqir etdiklərinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 3 oyun cəzalandırılsın. (maddə 43.1)
 
15 avqust 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Turan Tovuz” FK – “Metak” FK oyununda “Metak” FK komandasının heyətində 5 nömrəli futbolçu Sadiq Pirmuradovun qarşılaşmanın 56-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə  ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
 
15 avqust 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Turan Tovuz” FK – “Metak” FK oyununda “Metak” FK komandasının baş məşqçi Mehman Səfərov qarşılaşmanın 67-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 42.4)
 
15 avqust 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Turan Tovuz” FK – “Metak” FK oyununda “Metak” FK komandasının heyətində 11 nömrəli və 1 nömrəli futbolçular Elnur Süleymanov və İmam Misrixanov qarşılaşmanın 78-ci dəqiqəsində rəqibi təhqir etdiklərinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 3 oyun cəzalandırılsın. (maddə 43.1)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
4
affa.az

10Mənbələr