AZ

Türkiyənin İrana avtomobil sənayesi məhsulları ixracı 100 milyon dolları ötüb

Bakı. Trend:

2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin İrana avtomobilsənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,1faiz azalaraq, 34 milyon 175 min 81 dollara bərabər olub.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“Bu ilin avqust ayında Türkiyə İrana 17,7 milyon dollarməbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçənilin avqust ayı ilə müqayisədə 34,7 faiz çoxdur” – deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, Türkiyənin 2024-cü ilin yanvar-avqust aylarındaavtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü iləmüqayisədə 3,4 faiz artaraq 23 milyard 530 milyon dolları ötüb.

“2024-cü ilin avqust ayında Türkiyənin dünya bazarlarınaavtomobil sənayesi məhsulları ixracı 2023-ci ilin eyni ayı iləmüqayisədə 0,4 faiz azalaraq, 2 milyard 715 milyon dollara bərabərolub”, – deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024)Türkiyə 35 milyard 764 milyon dollar məbləğində avtomobil sənayesiməhsulları ixrac edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
21
az.trend.az

10Mənbələr