AZ

Xaçmazda sakinlərlə görüş keçirildi

Xaçmazın Gödəkli kəndində sakinlərin müraciət və təklifləri dinlənilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının və idarə müəssisə, təşkilat rəhbərlərinin iştirakı ilə Gödəkli kəndində növbəti səyyar qəbulunu keçirib.
Qəbulda Çaykənarı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Çaykənarı və Gödəkli kəndlərinin sakinləri iştirak edib.
Daha sonra müraciət və təkliflər dinlənilib. Sakinlər su təchizatının yaxşılaşdırılması, kəndlərarası yolun təmiri, elektrik təsərrüfatının yenilənməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
xalq.az

1Mənbələr