Yayımlandı: 17 Sentyabr 2024 15:54 Onun saxlanmasının rəsmi səbəbi məlum deyil Erməni əsilli amerikalı jurnalist Arsen Xaratyan Gürcüstana buraxılmayıb. Məlumata görə, Tbilisi hava limanında onun ölkəyə buraxılmasına icazə verilməyib və saxlanılıb. Bu barədə “Formula TV” məlumat yayıb. Arsen Xaratyan “Aliq-media” xəbər agentliyinin təsisçisi, qeyri-hökumət media təşkilatının nümayəndəsidir. Onun saxlanmasının rəsmi səbəbi məlum deyil. Lakin qeyri-rəsmi məlumata görə, hakim partiyada jurnalistin Gürcüstanda televiziya açmağa hazırlaşdığı barədə məlumat olub və bununla da onun qarşısını alıb. Meydan TV
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta