AZ

Sərhədsiz müsəlman birliyi mümkündürmü?

İranın yeni prezidenti Məsud Pezeşkian sentyabrın 16-da Tehranda keçirdiyi ilk geniş mətbuat konfransında yerli və xarici jurnalistlərin suallarını cavablandırarkən Türkiyənin dost və qardaş ölkə olduğunu bildirib və yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini bəyan edib. Ancaq bu da maraqlıdır ki, Pezeşkian prezident seçiləndən sonra ilk xarici səfərini “dost və qardaş ölkə” adlandırdığı Türkiyəyə deyil, İraqa edib.

Görünən budur ki, İranın yeni prezidentinin öncəlik verdiyi ölkələrin sırasında Türkiyə yox, İraq birinci yerdə gəlir.

Xarici diplomatiyada prioritet olaraq qonşu dövlətlərlə əlaqələrin gücləndirilməsini vacib sayan Pezeşkian İraqa səfərini birgə layihələrin həyata keçirilməsi ilə əlaqələndirib və eyni əməkdaşlığı digər qonşu ölkələrlə də edə biləcəklərini deyib: “Bu çərçivədə İraqa səfər etdik və birgə layihələr həyata keçirmək qərarına gəldik. Eyni əməkdaşlığı Pakistan, Azərbaycan, Türkiyə və digər qonşu ölkələrlə də edə bilərik. İqtisadi inkişafın şərti azad bazar yaratmaq və xarici ticarəti inkişaf etdirməkdir”.

Pezeşkian həmçinin İranla müsəlman qonşuları arasındakı sərhədlərin aradan qaldırılması təklifi ilə çıxış edib.

Sözün açığı, bu ideya ilk baxışdan kifayət qədər cəlbedici və orijinal təklif təəssüratı bağışlayır. toxunaraq bildirib. İran prezidenti bu ideyasını belə əsaslandırıb: “Bu ideya milli təhlükəsizlik və sərhədlərə məhəl qoymamaq demək deyil, ancaq səyahəti asanlaşdırır, konsensusu gücləndirir, ümumi bazarların yaradılmasına gətirib çıxarır. Müsəlmanların hüquqlarını müdafiə etmək üçün birləşməliyik. Müharibə və həddindən artıq ambisiyaları bir kənara qoysaq, bir yerdə ola bilərik və bütün müsəlmanlar bir cəmiyyətdə ola bilər”.

Lakin görəsən, ilk növbədə İranın özü “müharibə və həddindən artıq ambisiyaları bir kənara qoya” biləcəkmi? Molla rejimi yeni prezidentin təklifinə isti yanaşaraq, İranın bütün Yaxın və Orta Şərqi hörümçək toru kimi bürümüş proksi qüvvələrindən, terror çətələrindən imtina edə biləcəkmi?

Bu suallara nikbin cavab vermək həddindən artıq çətin məsələdir. Molla rejiminin özünü dəyişməsi, yeniləməsi baş vermədən, Pezeşkianın Avropa Birliyinə (Şengen ölkələrinə) bənzər “sərhədsiz müsəlman dünyası” ideyasının gerçəyə çevrilməsi mümkünsüzdür.

Bir

P.S.

Pezeşkianın ilk mətbuat konfransındakı arxa fondakı bilbordun fəlsəfəsi isə onu göstərir ki, molla rejimi özünü “format” etməyə və ənənəvi siyasətindən əl çəkməyə elə də tələsmir.

Bəybala Mirzəyev

visiontv.az

 



Seçilən
17
visiontv.az

1Mənbələr