Yayımlandı: 17 Sentyabr 2024 18:17 MMB üzvləri mühacirlərin deportasiya məsələsinə də toxunublar Sentyabrın 17-da Mühacir Müsavatçılar Birliyinin (MMB) nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasında bir sıra parlament üzvləri ilə görüşüblər. Görüşdə Azərbaycanda baş verən siyasi-ictimai proseslər əhatəli şəkildə müzakirə olunub. Bu barədə Mühacir Müsavatçılar Birliyindən Meydan TV-yə məlumat verilib. Qeyd olunub ki, onlar Azərbaycandakı son siyasi hadisələri müzakirə edərkən diqqəti daha çox Avropa Birliyi ölkələrindən Azərbaycana deportasiya edildikdən sonra müxtəlif qondarma ittihamlarla həbsə atılan siyasi mühacirlərin durumuna yönəldiblər: “Həmçinin 300-dən çox siyasi məhbusların, jurnalistlərin kütləvi şəkildə həbsi və onların peşə fəaliyyətinə yaradılan ciddi əngəllər, şərlənərək həbs olunan məhbusların, həbsxanada aclıq aksiyası keçirənləri, son parlament seçkiləri və bu kimi vacib mövzular barəsində fikir mübadiləsi aparılıb”. “AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri ilə qarşılıqlı əməkdaşlıq, Azərbaycanla bağlı hazırlanan sənədlər və verilən qərarlarda iştirak baş tutan görüşlərin əsas prioriteti olub”, – deyə məlumatda qeyd olunur. Meydan TV
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta