AZ

Şoyqu Putindən İran prezidentinə ismarıc çatdırdı - VİDEO

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ölkə prezidenti Məsud Pezeşkianla görüşüb və ona Rusiya lideri Vladimir Putindən ismarıc çatdırıb. 

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Şoyqu Pezeşkiana müəyyən “əldə edilmiş razılaşmalar haqqında hesabat” da təqdim edib.

Rusiya Təhlükəsizlik Şurasının katibi çərşənbə axşamı elan olunmamış səfərlə Tehrana gəlib və iranlı həmkarı Əli Əhmədian ilə danışıqlar aparıb. Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər, regionda nəqliyyat marşrutları və dəhlizləri ilə bağlı İslam Respublikasının mövqeyinə xüsusi diqqət yetirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
50
unikal.az

10Mənbələr