AZ

Diş ağrısı zamanı ev şəraitində YARDIM

Peşəkar stomatolojı yardım ala bilmədiyiniz halda (məsələn, gecə, şəhərdən kənar yerdə və s.) diş ağrısı ilə mübarizə aparmaq üçün aşağıdaki vasitələrdən istifadə edə bilərsiniz.

Saglamolun.az bildirir ki, belə vəziyyətdə xalq təbabəti üsullarından istifadə etmək olar:

1. Hər 2 saatdan bir ağzınızı duz məhlulu ilə qarqara edin (2-3 çay qaşığı duz + 200-250 qr ilıq su).

2. Adaçayı otunun dəmləməsi ilə qarqara (2 çay qaşığı ot 250 ml qaynar su ilə 15 dəq. ərzində dəmlənir və otaq temperaturuna qədər soyudulur). Dəmləməni 30 san. ərzində ağızda (xəstə diş tərəfində) saxlayın.

3. Bundan ələvə digər dəmləmələrdən də istifadə edilir: 1 çay qaşığı adaçayı + 1 çay qaşığı çobanyastığı; 2 çay qaşığı nanə; 2 çay qaşığı palıd qabığı.

4. Xarab dişin oyuğuna 1 dənə mixək, kamfara spirtində və ya valeryan damcılarında isladılmış steril pambıq qoymaq olar.

Bu üsullar kömək etmədiyi halda ağrıkəsici bir həb qəbul etmək olar (dərmanı qəbul etdikdən əvvəl onun təlimatını diqqətlə oxuyun!).

Hətta diş ağrısı tam keçdiyi və ya azaldığı halda mütləq yaxın bir zamanda diş həkiminə müraciət edin!

Diş ağrısından xilas olmağın ən yaxşı üsulu – keyfiyyətli və müasir diş pastaları ilə dişlərin gündə 2 dəfə düzgün təmizlənməsi və ildə 2 dəfə olmaqla stomatoloqun müayinəsindən keçməsidir.

Seçilən
34
turanpress.com

1Mənbələr