İsrailin Livanda daşınan rabitə vasitələrini partlatması nəticəsində 8 nəfər ölüb, 2800 nəfər yaralanıb.
Bu barədə Livanın səhiyyə naziri Firas əl-Ebyad məlumat verib.
Yaralananlar arasında ''Hizbullah'' üzvlərinin də olduğu bildirilib.
Səhiyyə Nazirliyi bütün tibb müəssisələrində yüksək hazırlıq elan etdiyini açıqlayıb.
Nazirlik rabitə qurğularından istifadə etməməyi xahiş edib.
İranın yarı rəsmi ''Fars'' xəbər agentliyinin adı açıqlanmayan mənbəyə istinadən yaydığı məlumata görə, İranın Livandakı səfiri Emani də partlayışlar nəticəsində yaralanıb.
İsrailin təhlükəsizlik rəsmilərinin olaydan sonra təcili toplantıya çağırıldığı bildirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta