AZ

“Bakıda yaşamaq çətinləşir” – Şeyx Əbdül paytaxtın bu yerlərə köçürülməsini təklif etdi

Dərslərin başlanması ilə əlaqədar Bakıda, xüsusilə nəqliyyatda sıxlıqlar müşahidə olunur. Nəzərə alsaq ki, həm iş üçün, həm təhsil üçün paytaxta kütləvi axın var, belə olduğu halda şəhərdə əhalinin artımı baş verir. Bütün bunlar isə paytaxtda uzun tıxaclara və digər problemlərə yol açır.

Bəs paytaxt köçürülərsə, Bakının problemləri həllini tapa bilərmi?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan kinorejissoru, ssenarist və aktyor, Xalq artisti Əbdül Mahmudov Redaktor.az-a bildirdi ki, paytaxtı dəniz qırağında salmaq düzgün deyil:

“Bakıda yaşamaq artıq çətinləşir. Mən bu təkliflə həmişə çıxış etmişəm ki, Xəzəryanı ərazilərdə paytaxt salınmasın. Məsələn digər qonşu dövlətlər, Qazaxıstan, Türkmənistan, Rusiya, İran paytaxtı dənizin qırağına salmayıb. Ona görə də mən elə düşünürəm ki, artıq Bakını bu vəziyyətdə qoymaq olmaz, burada bütün tikintiləri dayandırılmaq lazımdır. Çünki burada tikintilər yaraşıq üçün, insanların rifah halı üçün, gözəllik üçün yox, ancaq gəlir mənbəyi kimi istifadə olunur. Bundan başqa toz, tüstü, qaz və s. şəhərə dolub”.

Xalq artistinin sözlərinə görə, paytaxtın ölkənin orta ərazilərində salınması daha məqsədəuyğun ola bilər:

“Məsələn, aşağı Muğan, Mil tərəf, adla desək, Göyçay, Ağdamın yuxarı hissələri gözəl və geniş ərazilərdir. Orada bol su mənbələri var. Paytaxtı köçürmək deyəndə, bəzi rəsmi binalar, özəl universitetlər, bu ərazilərə köçürülməlidir. Həmin yerlərdə çox yaxşı şəhər salmaq mümkündür. Konkret olaraq artıq Bakı boşaldılmalı, nəfəs almasına icazə verilməlidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
2
nocomment.az

3Mənbələr