AZ

Şoyqu gözlənilmədən İrana gedib -VİDEO/FOTO

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana elan olunmamış səfər edib.

 

Bu barədə RT məlumat yayıb.

 

Telekanalın yayımladığı videoda Şoyqunun İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüş keçirməsi əks olunub.

 

Senzor.az-ın məlumatına görə, İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a uçmasından bir neçə saat əvvəl Sergey Şoyqu onunla da görüşə və danışıqlar aparmağa nail olub. 

 

Məlumata görə, Şoyqu Pezeşkiana Putinin şəxsi məktubunu verib və ona “İran hökuməti ilə razılaşmaları” xatırladıb.

 

Yada salaq ki, ötən gün Məsud Pezeşkian İran hökumətinin Rusiya ilə əməkdaşlıq etdiyini, onu raketlərlə təmin etmədiyini bəyan etmişdi.

 

Bu arada “Mehr” agentliyi Sergey Şoyqunun Əli Əkbər Əhmədian ilə danışıqlar zamanı İranın Azərbaycanla dəhlizlər və kommunikasiya marşrutları ilə bağlı siyasətini dəstəklədiyini təsdiqlədiyi barədə məlumat yayıb.  Amma söhbətin Zəngəzur, yoxsa Şimal-Cənub dəhlizindən getdiyi haqda məlumat yoxdur.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
senzor.az

1Mənbələr