AZ

Muxtar Babayev: COP29-un sadəcə noyabrın 11-dən 22-dən keçiriləcək tədbir kimi görülməsini istəmirəm

COP29-un sadəcə noyabrın 11-dən 22-dək keçiriləcək tədbir kimi qəbul olunmasını istəmirəm, çünki bu, böyük danışıqlar prosesidir.

Ekologiya.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AzTV-nin “Hədəf” verilişində söyləyib.

“İnanırıq ki, ölkələr üçün yaratdığımız şərait danışıqların müsbət nəticələnməsi üçün yaxşı təkan olacaq. Çox çətin mövzudur. Maliyyə həmişə mürəkkəb mövzu olub. Tərəflər bu ili çox kritik il kimi qiymətləndirirlər. Tərəflərin konsensusa gətirilməsi üçün böyük hazırlıq prosesi gedir. Ona görə də mən istərdim ki, bu forum noyabrın 11-dən 22-dək keçiriləcək tədbir kimi qəbul olunmasın”, – Muxtar Babayev vurğulayıb.

“Bu, böyük bir danışıqlar prosesidir. Bütün kateqoriyalar, bütün ölkələr, bütün beynəlxalq təşkilatlar, bütün beynəlxalq maliyyə institutları, vətəndaş cəmiyyətləri və s. qurum və təşkilatların iştirakı üçün böyük bir platforma yaradılıb”, – nazir əlavə edib.

Seçilən
15
6
ekologiya.az

7Mənbələr