AZ

Metin Gürak Azərbaycan HHQ-nin komandanını qəbul edib

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadəni qəbul edib.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib.

Görüşdə ordu generalı Ziya Cemal Kadıoğlu da iştirak edib.

Məlumata əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun dəvəti ilə Ankaraya səfər edib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
3
trt.net.tr

10Mənbələr