AZ

270 mindən çox əmək müqaviləsi imzalanıb

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev tərəfindən 12 avqust 2024-cü il tarixdə imzalanan qanunvericilik aktları əsasında tətbiq olunan innovativ yeniliklərdən biri olaraq işçi və işəgötürənlər arasında əmək müqavilələrinin bağlanması e-qaydada həyata keçirilir.Bu barədə BAYRAQDAR MEDİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Bildirilib ki, “ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) platforması üzərindən artıq 270 mindən çox əmək müqaviləsi imzalanıb. Əmək müqavilələrinin elektron sənəd formasında bağlanması, həmçinin əmək müqaviləsinin dəyişdirilməsi, ona xitam verilməsi işçi və işəgötürənlərin e-imzaları (“SİMA İmza”, “ASAN İmza” və Elektron imza (SİMA Token) vasitəsilə həyata keçirilir”.Məlumata görə, müqavilənin bağlanması, dəyişdirilməsi və ya ona xitam verilməsi yalnız ƏMAS üzərində imzalandıqdan sonra hüquqi qüvvəyə minir: “Hazırda proses davam edir və bu sahədə işçi və işəgötürənlərdə hər hansı sual yaranarsa, 142 – Çağrı Mərkəzinə müraciət edə bilərlər”.

Seçilən
23
5
bayraqdar.info

7Mənbələr