AZ

Yüksək rütbəli terrorçu məhv edilib

İsrail qüvvələri bu gün (sentyabrın 17-də) İslami Cihad hərəkatının raket bölməsinin rəisinin Qəzza zolağının Rəfah bölgəsində öldürüldüyünü açıqlayıb.

İsrailin “Yedioth Ahronoth” saytının verdiyi məlumata görə, “İsrail Hərbi Hava Qüvvələri bazar ertəsi kəşfiyyat məlumatlarına əsaslanaraq hücum həyata keçirib və Rəfah bölgəsində “İslami Cihad” terror təşkilatının komandiri Əhməd Ayeş Səlama əl-Həşaşı hədəf alıb.

Qəzet Əl-Həşaşın Rəfah batalyonunda İslami Cihad hücumlarına cavabdeh və terror təşkilatın Qəzzadakı raketlərlə bağlı mühüm şəxs olduğunu bildirib.

İsrail qüvvələrinin məlumatına görə, Əl-Həşaş müharibə zamanı humanitar zonadan mülki İsrail sakinlərinə raket zərbələri endirməkdən məsul olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
vaxt.az

1Mənbələr