AZ

Toyda döyülmüşdü - Xəstəxanada öldü

Göygöldə toyda döyülən kişi ölüb.

Turanpress.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl Göygöl rayon ərazisindəki şadlıq saraylarının birində dava zamanı ağır xəsarətlər alan Ağstafa rayon sakini 1987-ci il təvəllüdlü Elbəyi Nəbiyev xəstəxanada ölüb.

Belə ki, xuliqanlıq zəminində döyülən şəxs ağır halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Göygöl RPŞ-nin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, rayon sakin R.Cəlilov saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin musiqi sifarişi üstündə baş verdiyi məlum olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
11
turanpress.com

10Mənbələr