AZ

Heyvan və bitki mənşəli südlər bağırsaqlara necə təsir edir?


Həm heyvan, həm də bitki südü bağırsaq sağlamlığı üçün faydalı olsa da, heyvan südü faydalı bakteriyaları qidalandırır. “Nutrients” jurnalında dərc olunan son araşdırmada tədqiqatçılar heyvan südü və bitki mənşəli süd əvəzedicilərinin bağırsaq mikrobiotasına necə təsir etdiyini araşdırıb.
Tədqiqatın nəticələri göstərir ki, hər 2 süd növü bağırsaq sağlamlığına kömək etsə də, heyvan südü daha zəngindir. Onun tərkibindəki zülal, yağlar və oliqosakaridlər də daxil olmaqla digər faydalı birləşmələrin bağırsaq sağlamlığına müsbət təsir göstərdiyi sübut edilib. Bitki mənşəli süd əvəzediciləri isə müsbət nəticələr versə də, daha az faydalı bakteriyaların böyüməsinə səbəb olur. Tədqiqatın nəticəsində bildirilir ki, həm heyvan, həm də bitki mənşəli süd müxtəlif təsir və nəticələrə baxmayaraq, bağırsaq sağlamlığına xeyirdir.

Saglamolun.Az





Seçilən
22
saglamolun.az

1Mənbələr