AZ

Alimlər işdən daha çox zövq almağın sadə yolunu müəyyən ediblər- Araşdırma

Bohumdakı Ruhr Universitetinin alman alimləri müəyyən ediblər ki, smartfondan istifadəyə sərf olunan vaxtın azaldılması işdən məmnunluq hissini artırır.

Araşdırma Acta Psychologica (ActPsy) elmi jurnalında dərc olunub. Əvvəlki araşdırmalar göstərib ki, insanlar gündə orta hesabla üç saat 15 dəqiqə telefonlarına baxırlar. Yeni araşdırmaya ekspertlər müxtəlif peşələrdən olan dörd qrup iştirakçını daxil ediblər. Birinci qrupa gündəlik smartfon istifadəsini bir saat azaltmaq tapşırılıb. Sonuncu hər gün ən azı 30 dəqiqə məşq etməli olduqları bildirilib. Üçüncü qrup hər iki tapşırığı yerinə yetirib, dördüncü qrup isə heç bir göstəriş verilməyən nəzarət qrupu olub. Bütün iştirakçılar təcrübədən əvvəl, sınaq müddətindən dərhal sonra və sınaq müddəti bitdikdən iki həftə sonra həm iş, həm də psixi sağlamlıqla bağlı rifahları haqqında məlumat verən onlayn sorğuları tamamlayıblar. Tədqiqatçılar, işdən məmnunluq və motivasiya, iş-həyat balansı və psixi sağlamlığın azaldılmış ekran vaxtı qrupunda və birləşmiş qrupda əhəmiyyətli dərəcədə yaxşılaşdığını müəyyən ediblər. Üstəlik, işin həddən artıq yüklənməsi hissi və smartfondan asılılıq əlamətləri əhəmiyyətli dərəcədə azalıb. Bütün müdaxilələr depressiya əlamətlərinin azalmasına və iştirakçıların həyatları üzərində nəzarət hislərinin artmasına səbəb olub.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
editor.az

1Mənbələr