AZ

QARABAĞ MÜHARİBƏSİNİN DAHA 4 İTKİN SAYILAN ŞƏHİDİ

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhid dəfn olunacaq.

Tezadlar.az xatırladır ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilib ki, sentyabrın 20-də hərbçilər Məmmədov Mübariz İlyas oğlu Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Şəhidlər Xiyabanında, Səfərov Səfəralı Alverdi (Allahverdi) oğlu Sumqayıt şəhəri Şəhidlər Xiyabanında, Rüstəmov Tərlan Kamal oğlu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Şəhidlər Xiyabanında və Qəhrəmanov Bilal Qəhrəman oğlu Gədəbəy rayonu, Şəhidlər Xiyabanında dəfn olunacaqlar.

Allah rəhmət eləsin!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
49
tezadlar.az

10Mənbələr