AZ

"Ermənistan region ölkələrinin ərazi bütövlüyünü tanıyır" - Paşinyan

Dünyada heç bir ölkə və ya hərbi birləşmə Ermənistanın təhlükəsizliyini təmin etmək iqtidarında deyil.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Dünya Erməni Sammiti çərçivəsində panel müzakirəsi zamanı açıqlayıb. 

"Ermənistan öz təhlükəsizliyini təmin etməyə qadirdir", - deyə o, regionda sülhün təmin olunacağı təqdirdə bu təhlükəsizliyin təmin edilməsinin mümkün olduğunu bildirib. 

Paşinyan Ermənistanın region ölkələrinin ərazi bütövlüyünü tanıdığını və heç bir ölkənin ərazisi ilə bağlı heç bir ambisiyanın olmadığını bir daha təsdiqləyib.

Ağarza Elçinoğlu

Seçilən
196
50
unikal.az

10Mənbələr