AZ

Məhəmmədrəsul Məcidov və başqaları üçün Çempionlar Gecəsi

style='margin-bottom:10px;'>

Sentyabrın 28-də Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək. 

QOL.az xəbər verir ki, Azərbaycan boksunun 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş təşkil olunacaq.

Azərbaycan Boks Federasiyasının yaydığı xəbərə görə, bu görüşlərin 4-də Azərbaycan idmançıları da təmsil olunacaq. 

51 kq-da Avropa çempionu Nicat Hüseynov Con Zulueta (Filippin) ilə üz-üzə gələcək. Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (71 kq) Məhəmməd Abdullayev (+92 kq) müvafiq olaraq, Monx-Erdene Urançimeq (Monqolustan) və Kristian Salsedo (Kolumbiya) ilə qarşılaşacaq. 

İBA Çempionlar Gecəsində üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov (+92 kq) da rinqə çıxacaq. Onun rəqibi qazaxıstanlı Nursultan Amanjolov olacaq. 

Qeyd edək ki, İBA Çempionlar Gecəsi saat 18:00-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
21
teleqraf.com

10Mənbələr