İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) yerli bölməsinin məmurları Ərdəbil şəhəridə bir neçə blogeri həbs ediblər.
Bu barədə Ərdəbil prokurorunun müavini Mürtəza Tahirifərd açıqlama verib.
O, saxlanılanların "əxlaqi məsələlərə riaət etmədikləri"nə görə həbs olunduqlarını deyib.
Tahirifərd, saxlanılanların kimliyi və sayı barədə açıqlama vermədən onların barəsində cinayət işinin açıldığını bildirib.
Prokuror müavini bununla yanaşı Ərdəbildə hicab qaydalarını pozan bir kafenin də fəaliyyətinə qadaa qoyulduğunu söyləyib.
visiontv.az