AZ

Hakan Fidan Necib Mikati ilə telefon əlaqəsi saxlayıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan rabitə vasitələrinə hücumdan sonra Livanın Baş naziri Necib Mikati ilə telefon əlaqəsi saxlayıb.
Məlumata əsasən Hakan Fidan Mikatidən hücumla bağlı məlumat alıb, həlak olanlarla əlaqədar ona və Livan xalqına başsağlığı verib.
Qeyd edək ki, Livanda ''Hizbullah''ın istifadə etdiyi rabitə qurğuları partladılıb.
Livan Səhiyyə Nazirliyi partlayışlar nəticəsində biri uşaq olmaqla 9 nəfərin öldüyünü, təxminən 2800 adamın yaralandığını açıqlayıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
trt.net.tr

1Mənbələr