AZ

Ermənilər panikada: “Azərbaycan müharibəyə hazırlaşmır, ancaq…”

“Ermənistan tərəfi indiyə qədər üzərinə götürdüyü heç bir öhdəliyini yerinə yetirmədiyi üçün Azərbaycanın 30 illik işğaldan sonra istənilən hərəkətini qorxu hissi ilə qarşılayır”.

Bu sözləri Editor.az-a hərbi ekspert Ədalət Verdiyev Azərbaycan Ordusunun əsgərlərinin delimitasiya və demarkasiyadan sonra geri qaytarılan kəndlərimizdə istehkam işləri görməsinin erməniləri panikaya salması məsələsinə münasibət bildirərkən deyib.

Hərbi ekspert bildirib ki, geri qaytarılan Qazaxın 4 kəndi istiqamətində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti yerləşdirilib:

“Həmin mövqelərin üç ay əvvəl Azərbaycanın nəzarətinə keçdiyini nəzərə alsaq, o zaman həmin ərazilərdə sərhəd infrastrukturunun yaradılması normal bir prosesdir. Ermənistan tərəfindən minalanmış ərazilərdə hazırda təmizləmə işləri davam etdirilir. Minalardan təmizlənən ərazilərdə isə sərhədçilərimiz sərhədlərin etibarlı müdafiə və mühafizəsini təmin etmək üçün zəruri fəaliyyət tədbirlərini həyata keçirir. Azərbaycan müharibəyə hazırlaşmır ve belə bir niyyəti yoxdur. Rəsmi Bakı yalnız erməni təxribatlarının qarşısını almaq üçün lazımi tədbirləri həyata keçirir”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
editor.az

1Mənbələr