Bu birləşmə otaq temperaturunda ağ kristal şəklində mövcuddur. Lakin 210 dərəcə istiliyə çatdıqda partlayaraq bomba effekti yaradır.
İsrailin uzaqdan siqnal göndərərək cihazlardakı batareyanı qızdırdığı və onun partlamasına səbəb olduğu bildirilir. Hazırda bir çox qurumlar bu cihazların necə partlaması ilə bağlı araşdırmalar aparır. İsrail isə hələ ki bu ittihamlara cavab verməyib. Qeyd edək ki, hadisə nəticəsində 11 nəfər ölüb, 4 mindən çox insan isə yaralanıb. Yaralananlar arasında İranın Livandakı səfiri Müctəba Əmani də var.