AZ

Quru sərhədlərlə bağlı ŞAD XƏBƏR

Rəsmilər nə təkzib, nə təsdiq edir; təhlükəsizlik eksperti: “Müvəqqəti olaraq açılacağı ilə bağlı məlumatlar doğrudur,amma...”

COVİD-19 pandemiyası ilə əlaqədar olaraq 2020-ci ilin martında tətbiq olunan xüsusi karantin rejimi nəticəsində Azərbaycanın quru sərhədləri bağlanıb. Hazırda Azərbaycanda xüsusi karantin rejiminin vaxtı oktyabrın 1-nə qədər növbəti dəfə uzadılıb.

Hər karantin müddəti bitməyə yaxın quru sərhədlərinin açılacağı ilə bağlı mövzu aktuallaşır. Bəllidir ki, bu ilin noyabrında  Azərbaycan COP29 tədbirlərinə ev sahibliyi edəcək. Bu səbəbdən də çoxsaylı xarici vətəndaşın Azərbaycana gələcəyi planlaşdırılır.

Yada salaq ki, apreldə ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən forum zamanı Prezident İlham Əliyev quru sərhədləri barədə də danışıb. O, quru sərhədlərinin bağlı qalmasının səbəbindən bəhs edib. Dövlət başçısı bildirib ki, quru sərhədinin bağlı saxlanması qərarı COVİD səbəbi ilə verilib.

“Biz hələ də formal olaraq karantin mərhələsindəyik, eyni zamanda açıq deməliyik ki, sərhədlərin bağlı qalması qərarı təkcə buna əsaslanmır. Biz indi görürük ki, artıq bir müddət keçdikdən sonra sərhədlərin bağlı olması Azərbaycanda təhlükəsizliyi gücləndirib. Əvvəlki dövrlərdə belə hallar çox olub, bəziləri açıqlanıb, digərlərini ictimailəşdirməmişik. Kənardan ciddi təhlükə və problemlərlə üzləşirdik. Bütün potensial risklərimizin kənardan ola biləcəyini deyəndə, məhz bunu nəzərdə tuturdum. Məncə, təfərrüatlara çox varmasam, başa düşəcəksiniz. Amma Prezident, milli təhlükəsizlik məsələləri ilə gündəlik məşğul olan bir şəxs kimi deyə bilərəm ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük və bu, reallıqdır. Bəli, insanlar bunu nəzərə almalıdırlar. Biz başa düşürük ki, Azərbaycanda insanlar üçün, eləcə də qonşuluğumuzda yaşayan azərbaycanlılar və başqa millətlər üçün narahatlıq var, lakin milli təhlükəsizlik bütün digər hisslərdən və ya bütün digər səbəblərdən üstün olmalıdır. Xüsusən də şimal sərhədimizdə müharibə, cənub sərhədimizdə böhran olduğu bir vaxtda. Ətrafda isə yağışdan sonra göbələk kimi yaranan yeni münaqişə zonası var və mən hesab edirəm ki, Azərbaycan xalqı bunu başa düşür”, - dövlət başçısı qeyd edib. Dövlət başçısı bildirib ki, məsuliyyətli olmaq lazımdır: “Deməli, quru sərhədinin açılması ilə bağlı məqam hələ ki yetişməyib”.


Bakıda

 Rəşad Rza

“Quru sərhədlərinin müvəqqəti olaraq açılacağı ilə bağlı məlumatlar  doğrudur. Amma həmişəlik açılması məsələsi hələ  sual altındadır”. Bu sözləri isə Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza deyib. O bildirib ki, quru sərhədlərin müvəqqəti bağlanmasında fayda var: “Çünki regionda müəyyən proseslərin getməsi, qonşu dövlətlərdə olan agentura şəbəkəsinin Azərbaycana müdaxiləsi və bir çox səbəblər var ki, sərhədlərin nəzarətdə saxlanılmasında fayda var. Ona görə də dövlət bu təhlükəsizlik qaydalarına əməl edərək bu cür addımlar atır. Nə zaman tamamən açılacağı isə COP29 hadisəsindən sonra ola bilər. Regionda bir sıra dəyişikliklər və təhlükəsizlik qaydalarının maksimuma qaldırılması, ölkələr arasında anlaşmalar müsbət nəticə göstərərsə, açıla bilər”.

Məsələ ilə bağlı TNS-in sorğusunu cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumatı nə təsdiq, nə də təkzib edib. Qurum rəsmisi bildirib ki, sərhədlərin açılıb-açılmaması ilə bağlı dəqiq məlumatı yoxdur: “Bu barədə məlumatım yoxdur. Bir məlumat olarsa, ictimaiyyətə bildiriləcək”.

“Yeni Müsavat

Seçilən
59
24
ekologiya.az

10Mənbələr