AZ

Nəcməddin Sadıkovu görün hansı qüvvələr QORUYUR - SENSASİYA

143 milyonluq mənimsəmədə ittiham edilən bütün vəzifəli şəxslər birbaşa sabiq Baş Qərargah rəisinə tabe olan şəxslərdir, fəqət onun...
 
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesində Nəcməddin Sadıkova qarşı 20 milyon manatlıq ittiham irəli sürülüb.
 
Belə ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri bir sıra vəsatətlər verib. Həmin vəsatətlərdən birində Nizami Məmmədovun vəkili qeyd edib ki, cinayət işi üzrə təqsirli bilinən və ayrı icraatda məhkəməsi keçirilən Məlikməmməd Qurbanov ifadəsində vəzifədə işlədiyi 2015-2019-cu illərdə 20 milyon manat pul mənimsənildiyini deyib. “O deyib ki, həmin pulun 19 milyon 600 min manatını Nəcməddin Sadıkova verib, 400 min manatı isə özünə qalıb. Həmçinin sabiq idarə rəisi Nəcməddin Sadıqovun ona 800 min manat pulu Nizami Məmmədova çatdırmaq üçün verdiyini bildirib”, - deyə müdafiəçi bildirib.
 
Bu ilin 15 iyulunda eyni cinayət işi üzrə keçirilən məhkəmədə bildirilir: “İstintaqa göndərilən dörd illik hesabatda Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olmuş general-polkovnik Nəcməddin Sadıqovun xərcləri də ayrıca göstərilib. Sənədə əsasən, N.Sadıkovun göstərişi ilə, hər birində altı ədəd olmaqla, altı dəst armudu stəkana 21 min manat xərclənib(!)”.
 
Hesabatda sabiq Baş Qərargah rəisinə aid daha bir xərc də şərablarla bağlıdır. İddia olunur ki, N.Sadıkov hərəsi 100 manatdan 80 şüşə çaxır aldırıb. Buna da 8 min manat pul xərclənib. 143 milyonluq mənimsəmədə ittiham edilən bütün vəzifəli şəxslər birbaşa Nəcməddin Sadıqova tabe ola şəxslərdir. Nəcməddin Sadıkovun bu işlərdən xəbəri varsa da, yoxsa da, o, vəzifəli şəxs kimi məsuliyyət daşıyır. 
 
Namizəd Səfərov Milli Şuradan İSTEFA VERDİ
 
Hüquqşünas Namizəd Səfərov yerli mediaya deyib ki, Nəcməddin Sadıkov və onu himayə edən şəxslər haqqında sosial şəbəkələrdə yüzlərlə fakt var: “Lakin bunların heç birinə reaksiya verilmir. Nəcməddin Sadıkov Moskvanın adamıdır, 30 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir. O, "beşinci kolon"un nümayəndəsidir. Nəcməddin Sadıkov Azərbaycanda Moskvanın əsas canişinlərindən biridir. O, Bakı şəhərinin ortasında, “Salyanski kazarma” adlanan yerdə böyük bir ərazini  ələ keçirib, orada özünə villa tikib".
 
Cümşüd Nuriyev məhkəməyə verildi | No Comment
 
Politoloq Cümşüd Nuriyev “Yeni Müsavat”a deyib ki, Nəcməddin Sadıkovun kimliyi, Azərbaycana nə məqsədlə göndərilməsi barədə məlumatlar gizli deyil və illərdir ki, müzakirə olunur. Nəcməddin Sadıkovun barəsində  cinayət işi var və istənilən vaxt araşdırılması üçün çox ciddi əsaslar mövcuddur: “1993-cü ildə deputat istintaq komissiyası araşdırma apardı, məlum oldu ki, Kəlbəcərin verilməsində ən böyük suçlu Nəcməddin Sadıkovdur. Əvvəlcə 703 saylı briqadanın komandiri idi, sonra da korpus komandiri oldu. Məlum oldu ki, bu adam Rusiya hərbi kəşfiyyatının elitasına daxildir. 10 illərlə yetişdirilə bilən bir kadrdır. Adam Azərbaycan torpaqlarını təhvil verə-verə Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olub. 44 günlük  müharibə göstərdi ki, Nəcməddin Sadıkov əvvəlki xidmətini davam etdirir, Azərbaycana xəyanətləri dayandırmayıb. Ona görə də Rusiya bu gün də onu müdafiə edir, itirmək istəmir. Çünki Nəcməddin Sadıkov Azərbaycan Müdafiə Nazirliyi sisteminə A-dan Z-yə qədər bələd olan yüksək rütbəli biridir. Digərlərinin əli ilə Rusiya Azərbaycana qarşı hərbi sahədə istədiyi səviyyədə təxribat hərəkətlərini gerçəkləşdirə bilmir. Nəcməddin Sadıkov isə bu işi yüksək səviyyədə həyata keçirmiş kadrdır, ona inanırlar. Onun arxasında Rusiya Baş Hərbi Kəşfiyyat İdarəsi, Baş Kəşfiyyat İdarəsi dayanır”.
 
Cümşüd  Nuriyev deyib ki, 1993-cü ildə deputat istintaq komissiyasının üzvü olub. Elə həmin zamanlarda Nəcməddin Sadıkovun Rusiya Baş Hərbi Kəşfiyyat və Baş Kəşfiyyat İdarələrinə bağlılığı, onların yetişdirdiyi kadr olması haqda məlumat olub. /Yeni Müsavat/
 
Seçilən
86
13
moderator.az

10Mənbələr