AZ

Türkiyəli futbolçu "Yuventus"da Del Pyeronun rekordunu qırdı

Image

İtaliyanın "Yuventus" futbol klubunda çıxış edən Türkiyə millisinin futbolçusu Kenan Yıldız UEFA Çempionlar Liqasında (ÇL) yeni rekordlara imza atıb. Türkiyəli hücumçu bu nəticəyə Niderlandın PSV komandasına qalib gəldikləri (3:1) Liqa mərhələsinin I turunun matçında fərqlənməklə nail olub.

Qarşılaşmada hesabı açan türkiyəli forvard, Alessandro Del Pyeronun rekordunu qırıb. O, Turin təmsilçisində bu turnirdə ən gənc yaşda (19 yaş 136 gün) qol vuran oyunçu adına sahib çıxıb. İtaliya millisinin sabiq üzvü 1995-ci ildə Almaniyanın "Borussiya" (Dortmund) klubunun qapısına 20 yaş 308 günündə yol tapıb. Bundan əlavə, Kənan Yıldız Türkiyənin də tarixinə düşüb. O, Cengiz Ünderi (20 yaş 222 gün) geridə qoyaraq ÇL-də bu ölkənin ən gənc qolçusu olub.

Mətləb





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
11
baki-xeber.com

10Mənbələr