AZ

“Sülh müqaviləsi imzalanandan sonra Azərbaycandan qaz nəqli və ya tranzitini istisna etmək olmaz” - Paşinyan

“Sülh müqaviləsinin imzalanması şərti ilə Azərbaycandan qaz idxalı və ya tranziti istisna etmirik”.

Missiya.Az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Biz Azərbaycandan Naxçıvana və ya Türkiyəyə tranzit qaz kəmərinin Ermənistandan keçəcəyi ssenarisini istisna edə bilmərik”, - deyə siyasətçi vurğulayıb.

Paşinyan enerji mənbələrinin şaxələndirilməsinin vacibliyini vurğulayıb.

O, qeyd edib ki, heç bir ölkə enerji təhlükəsizliyini tam təmin edə bilməz, ona görə də onu müxtəlif enerji mənbələri hesabına artırmaq üçün tədbirlər görülməlidir.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
19
3
missiya.az

3Mənbələr