AZ

Moskva ilə qonşu vilayətlərdə sursat anbarlarında partlayış baş verib, yanğın başlayıb

Avqustun 18-nə keçən gecə Rusiyanın Tver vilayətinin Toropets şəhərində pilotsuz təyyarələr sursat anbarlarına hücum edib.

Editor.az bildirir ki, bu barədə “Astra” Telegram kanalı məlumat yayıb. Onun sözlərinə görə, yanğın vurulan pilotsuz təyyarələrin qalıqları səbəbindən başlayıb. Yerli sakinlər partlayışın baş verdiyini bildiriblər.

Rusiyanın 54169 saylı hərbi hissəsi məhz Toropetsdə yerləşir. Qubernator İqor Rudenya Toropetsdən qonşu Qərbi Dvina şəhərinə təxliyənin başladığını elan edib. “Astra” yazır ki, hücuma məruz qalan sursat anbarının yanında yerləşən Tsikarevo kəndi yanğın səbəbindən evakuasiya üçün bağlanıb. İnsanlar gölün sahilində kömək gözləyir, hamıya çatacaq qədər qayıq yoxdur.

Anbarlar da Kudino və Zarechye kəndlərinin yaxınlığında da yerləşir. Kanalın bu gün səhər saatlarına olan məlumatına görə, yanğın və partlama davam edir.

//Samir Qurbanov, Editor.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
editor.az

1Mənbələr