AZ

İnfeksionist: Hazırda Azərbaycanda qripə kütləvi yoluxma halı müşahidə olunmur

Hazırda Azərbaycanda qrip virusu ilə əlaqəli kütləvi yoluxma halı müşahidə olunmur.

“İki sahil” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qrip və mövsümi viruslarla bağlı danışarkən deyib.

O bildirib ki, bu səbəbdən statistika üçün böyük rəqəmlər yoxdur: “Ümumilikdə, ölkədə epidemioloji vəziyyət nəzarət altındadır”.

İnfeksionist vurğulayıb ki, Azərbaycana gətirilən qrip əleyhinə peyvəndlər effektli və təhlükəsizdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
2
ikisahil.az

3Mənbələr