Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində 54 PUA zərərsizləşdirib.
Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Kursk vilayətində 27, Bryanskda 16, Smolenskdə 7, Belqorodda 3 və Oryolda 1 PUA məhv edilib.