AZ

Baş Prokurorluq vəkil Adəm Məmmədov barəsində şikayətçiyə CAVAB VERDİ


 Baş Prokurorluq vəkil  Adəm Məmmədov barəsində şikayətçiyə CAVAB  VERDİ

 

 Qısa xatrlatma üçün qeyd edək ki, I Qarabağ müharibəsi dövründə erməni əsirliyində olmuş müharibə veteranı, 2-ci dərəcəli əlil Şirin Tarış oğlu Abbasov oğlu Lətif Abbasovun cəzadan azad olunması üçün vəkil Adəm Məmmədova 53500 manat pul verdiyi, vəkilin onu aldadaraq pulu ələ keçirdiyi barədə müxtəlif dövlət orqanlarına müraciət edir.

Bu barədə ölkə mediasında  kifayət qədər yazılıb.

Şirin Abbasov müraciətlərində  qeyd edir ki,  oğlunun azadlığı üçün ondan alınan pulu Prezident İlham Əliyev tərəfindən müharibədə iştirak etdiyi üçün ona hədiyyə olaraq bağışlanmış evin satılmasından əldə edib.

Şirin Abbasov Baş Prokuror, cənab Kamran Əliyevin qəbulunda olduğunu və vəkil Adəm Məmmədovun əməllərinə hüquqi  qiymət veriləcəyinə, məsuliyyətə cəlb olunacağına  əmin olduğunu mediaya bildirmişdir.

Baş Prokurorluğun şikayətçinin həyat yoldaşının adına ünvanlanmış  rəsmi cavabı NUH.az-a daxil olub.

Cavabı olduğu kimi dərc edirik.

 

Azərbaycan  Republikasının Baş Prokurorluğu

Bakı şəhəri, Binəqədi rayonu, Fərman Məlikov küçəsi, bina 29 B, mənzil 10

Abbasova Gülbadam Kazım qızına

Övladınız   Abbasov Lətif  Şirin oğlunun barəsində Azərbaycan Respublikası  CM-nin  263.2-ci maddəsi ilə istintaqı  aparılmış cinayət  işi üzrə cəzadan  azad edəcəyi vədi ilə vəkil  Adəm Məmmədov tərəfindən 53.500 manat məbləğində pulunuzun ələ keçirilməsi faktı üzrə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində qeyri-obyektiv istintaq aparılmasına  dair şəxsi qəbul zamanı  təqdim etdiyiniz müraciətə  Baş Prokurorluqda  baxılmışdır.

Müəyyən edilmişdir ki, ərizə ilə Binəqədi RPİ-nə müraciət edərək övladınız Lətif Abbasovun həbsdən azad olunması üçün Abbasov Zərdabi İsmayıl oğluna 53500 manat  pul verdiyinizi və sonuncunun vədinə əməl etməyərək sizi aldadaraq həmin pul vəsaitini ələ keçirdiyini  bildirmisiniz.

Həmin müraciət əsasında Binəqədi Rayon Polis İdarəsinin  istintaq  şöbəsində araşadırma aparılarq  8 mart 2024-cü il tarixdə  Azərbaycan Respublikası  Cinayət Məcəlləsinin  178.2.4-cü maddəsi  ilə cinayət  işi başlanmışdır.

İstintaqın gedişində  siz  və əriniz Abbasov Şirin Tarış oğlu müxtəlif  instansiyalara  ünvanladığınız ərizələrinizdə  oğlunuz  Lətifin Abbasovun barəsində məhkəmədə baxılan cinayət işinin  sonuncunun xeyrinə həll olunması  üçün vəkil Adəm Məmmədovun sizi  aldadaraq  53500 manat  pulunuzu ələ keçirdiyini bildirmisiniz.

Hazırda  cinayət  işi üzrə ibtidai istintaq davam etdirilir. Nəticəsindən asılı olarq qanunamüvafiq qərarın qəbul edilməsi  təmin ediləcəkdir.

 

DİO-nun istintaq , təhqiqat və əməliyyat - axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri   Günay Məmmədli

İmzalanma tatixi:  26.08.2024

Sənədin nömrəsi:  2-2-050/2-110312/2024

NUH.az 

 

Vəkil tərəfindən aldadılan müharibə veteranı ümidini itirmir -

 

 

 


Seçilən
10
2
nuh.az

3Mənbələr