“Roma”nın yeni baş məşqçisi bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubunu İvan Yuriç çalışdıracaq. Onunla 1 illik müqavilə bağlayıb. Əgər “Roma” Çempionlar Liqasına vəsiqə qazansa, mütəxəssislə sözləşmənin müddəti artırılacaq.
Qeyd edək ki, xorvatiyalı son olaraq İtaliyanın digər klubu “Torino”ya rəhbərlik edib.