AZ

Rəcəb Tayyib Ərdoğan Nəcib Mikati ilə telefon əlaqəsi saxlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livanın Baş naziri Nəcib Mikati ilə telefon əlaqəsi saxlayıb.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Rəcəb Tayyib Ərdoğan söhbət zamanı Livanda törədilən hücuma görə narahat olduğunu bildirib və hücum nəticəsində həyatını itirənlərə rəhmət, xəsarət alanlara da şəfa diləyib.

Prezident Ərdoğan həmçinin İsrailin münaqişəni bölgəyə yayma səylərinin son dərəcə təhlükəli olduğunu vurğulayıb.

Qeyd edək ki, dünən Livanda ''Hizbullah''ın rabitə qurğularına hücum edilib. Livan Səhiyyə Nazirliyi hadisə naticəsində 2-si uşaq olmaqla 12 nəfərin öldüyünü, 300-ü ağır olmaqla 2800 adamın da yaralandığını açıqlayıb.

Livan səlahiyyətliləri İsrailin hadisəyə görə məsuliyyət daşıdığını bildirib. İsrail məsələ ilə bağlı açıqlama verməyib.



Seçilən
8
50
trt.net.tr

10Mənbələr