AZ

Növbəti 4 ildə Azərbaycan üçün nələr aktual olacaq?

2025-ci il və növbəti üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib.

Modern.az “2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədinə istinadən xəbər verir ki, 2021, 2022 və 2023 -cü illərdə növbəti ortamüddətli dövr üçün hazırlanmış büdcə çərçivəsi sənədlərində əks olunan çağırışların əksəriyyəti 2025-2028-ci illərdə öz aktuallığını qoruyur

Beləliklə, yaxın 4 ildə hanslı çağırışlar olacaq və onların aktuallığı nə qədərdir?

Xüsusən aktualdır:

  • Azərbaycan 2030: sosial - iqtisadi inkişafa dair Milli Prioritetlər və 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası
  • Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsi
  • Regional və qlobal geosiyasi gərginlik
  • Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi

 

Aktualdır:

  • Neft gəlirlərinin azalması
  • Qeyri-neft sektorundan əldə olunan gəlirlərin ümumi büdcə gəlirlərində payının artırılması
  • Xərclərin artımının iqtisadi artım göstəriciləri və dayanıqlı gəlir mənbələri ilə uzlaşdırılması

 

Qismən aktualdır

  • Qlobal miqyasda tənəzzül və böhran meyilləri
  • Əsas ticarət tərəfdaşı olan ölkələrdə milli valyutaların dəyərsizləşməsi
  • İnflyasiya təzyiqləri və ərzaq böhranı
  • Pensiya sisteminin dayanıqlığı

 

Aktuallığını itirmişdir:

  • COVID-19 pandemiyası

 

 

Seçilən
30
modern.az

1Mənbələr