AZ

Nazirlərin təyyarəsi xarab oldu

Türkiyə ilə İsveç arasında qurulan Təhlükəsizlik Mexanizminin bu gün Ankarada keçiriləcək ilk iclası İsveç xarici işlər və ədliyyə nazirlərini daşıyan təyyarənin havada nasaz olmasından sonra ləğv edilib.

Xarici İşlər Nazirliyi Türkiyə ilə İsveç arasında qurulan Təhlükəsizlik Mexanizminin ilk iclasının bu gün Ankarada keçiriləcəyini açıqlayıb. Nazirlikdən verilən yazılı açıqlamada qeyd olunur ki, Türkiyə ilə İsveç arasında qurulan Təhlükəsizlik Mexanizminin ilk iclası NATO-nun Vilnüs Zirvə Toplantısı zamanı verilən birgə bəyanatla 18 sentyabr 2024-cü ildə Ankarada keçiriləcəkdi. Təhlükəsizlik Mexanizmi toplantısı Türkiyə Daxili işlər naziri cənab Əli Yerliqaya və İsveç xarici işlər naziri xanım Maria Malmerin Stenergard, o cümlədən Ədliyyə naziri cənab Gunnar Strömmer iştirakı ilə keçirilməsi nəzərdə tutulan Təhlükəsizlik Mexanizmi toplantısı çərçivəsində ikitərəfli, regional və beynəlxalq təhlükəsizlik, xüsusilə də terrorla mübarizə müzakirə olunacaqdı.

İsveçli nazirləri daşıyan təyyarənin havada texniki nasazlıq səbəbindən Stokholma geri döndüyü bildirilib. İsveç rəsmiləri təyyarədəki sərnişinlərin və ekipaj üzvlərinin vəziyyətinin yaxşı olduğunu bildiriblər.

Həmçinin qeyd olunub ki, bu gün Ankarada keçiriləcək görüş üçün yeni tarix müəyyənləşəcək.

Seçilən
20
vaxt.az

1Mənbələr