AZ

Qubad İbadoğlu Saxarov mükafatına namizəd oldu

Yayımlandı: 18 Sentyabr 2024 16:10 Onu Avropa Parlamentindəki Yaşıllar Qrupu mükafata təqdim edib Avropa Parlamentində Yaşıllar Qrupu/ Qrupunun Avropa Azad Alyansı Qubad İbadoğlunun 2024-cü il Andrey Saxarov adına “Düşüncə azadlığı” mükafatına namizədliyini irəli sürüb. Bu barədə Yaşıllar Qrupunun Avropa Azad Alyansı ilə birlikdə açıqlamasında qeyd olunur. “Bu il Saxarov mükafatına azərbaycanlı akademik, antikorrupsiya mübarizəçisi və mədən sənayesi tənqidçisi  Qubad İbadoğlunun namizədliyini irəli sürməkdən qürur duyuruq. Bakının mədən sənayesini tənqid edənlərə qarşı qeyri-insani rəftarına qlobal diqqət yetirməliyik”, – açıqlamada deyilir. Qubad İbadoğlu London İqtisadiyyat Məktəbinin keçmiş tədqiqatçısı, iqtisadçıdır. Azərbaycanda dövlət xərcləri, dövlət müəssisələrindəki korrupsiya mexanizmini ifşa etməkdə tanınır. O, 2023-cü il iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb. Qubad İbadoğlu. Foto: Meydan TV Həmin gün onun ofisində keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia edilib. Təqsirləndirilən iqtisadçı bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora polislərin özləri yerləşdirib, sonra da götürüblər. İqtisadçı həmçinin FETÖ (Fetullah Gülen Terror Örgütü) ilə əlaqədə ittiham olunur. Lakin o, ittihamı rədd edir, siyasi sifarişlə həbs olunduqlarını deyir. Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra binadan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib. O, 2024-cü il aprelin 22-də ev dustaqlığına buraxılıb. Mayın 14-də isə sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla izah edib. Qubad İbadoğlu ev dustaqlığına buraxılsa da, sonradan bu qətimkan tədbiri “polis nəzarətinə vermə” ilə əvəz olunub. Andrey Saxarov adına “Düşüncə azadlığı” mükafatı 1988-ci ildə təsis edilib. Hər il insan hüquq və azadlıqlarını müdafiə edən şəxslərə və təşkilatlara verilir. Mükafatın həcmi 50 min dollardır. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
xural.com

2Mənbələr