AZ

Terrorçulara məxsus binalar vurulub

İsrail Livanda peycerlərin partladılmasından sonra “Hizbullah” terror təşkilatının mümkün hücumu üçün hərbi hazırlıq görür.

“Yediot Ahronot” qəzetinin məlumatına görə, İsrail ordusu Hizbullahın cavabına hazırlaşır. Xəbərdə İsrail müdafiə və təhlükəsizlik birliklərinin ölkənin şimal sərhədindəki vəziyyəti qiymətləndirmək üçün araşdırmalar apardığı və bu açıqlamaların edildiyi bildirilib: “İsrail hücuma görə məsuliyyəti üzərinə götürməsə də, rəsmilər “Hizbullah”ın cavab verəcəyinə inanır, İsrail rəsmiləri isə istənilən hücuma sərt cavab verəcəyi ilə hədələyirlər” "

Livanda peycerlərin partladılmasından sonra “Hizbullah” ünsürləri ilə gərginliyin artması ilə əlaqədar İsrail ordusunun şimal bölgəsinə xüsusi diviziya yerləşdirdiyi bildirilib. Yerli mətbuatda yayılan xəbərlərdə İsrail ordusunun 98-ci diviziyasının ölkənin şimalına göndərildiyi bildirilib.

Sözügedən diviziyada paraşütçü və komandolardan ibarət 10 ilə 20 min arasında əsgərin olduğu bildirilib.

Digər tərəfdən, İsrail ordusu ötən gecə “Hizbullah” hədəflərinə hücuma keçdiyini açıqlayıb. Ordudan verilən yazılı açıqlamada Livanın cənubundakı Məcdel Silm bölgəsində “Hizbullah”a aid terrorçuların olduğu binaya hava hücumu təşkil edildiyi bildirilib.

Açıqlamada İsrail döyüş təyyarələrinin 5 fərqli bölgədə “Hizbullah” binalarını vurduğu da qeyd edilib.

Seçilən
26
vaxt.az

1Mənbələr