AZ

İrandan Livandakı hücuma sərt reaksiya

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Livandakı hücumla bağlı deyib: Bu terror hücumu sionist rejim və onların pullu agentlərinin əməliyyatlarının davamıdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani Livanı hədəf alan peycer hücumu ilə bağlı yazılı açıqlama verib.

Kənani hücumu pisləyərək, İsrailin Livan vətəndaşlarını hədəf almasını kütləvi qətl kimi qiymətləndirib və deyib:

“Bu terror hücumu sionist rejim və onların pullu agentlərinin əməliyyatlarının davamıdır. Bu hərəkət bütün mənəvi və humanitar prinsiplərə, xüsusən də beynəlxalq humanitar hüquqa tamamilə ziddir. Sionist rejimə qarşı beynəlxalq araşdırma açılmalı və rejim mühakimə olunmalı və cəzalandırılmalıdır”.

“Sionist rejimin BMT-yə üzvlük məsələsinə yenidən baxılmalıdır”

Livanın paytaxtı Beyrutda baş verən partlayışlardan sonra fövqəladə iclasın keçirilməsinə qərar verən Birləşmiş Millətlər Təşkilatında (BMT) çıxış edən İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid Erivani Beyrutdakı partlayışlara görə İsrailin məsuliyyət daşıdığını bildirib.

“Rejimin qırğınlarının və qətllərinin həddi-hüdudu yoxdur”

İsrailin beynəlxalq razılaşmalara əməl etmədiyini və Qəzzada soyqırımı davam etdirdiyini bildirən Erivani, Fələstin xalqının İsrailə qarşı müqavimət göstərməkdən başqa çarəsi olmadığını və beynəlxalq ictimaiyyətin İsrailə qarşı çəkindirici qüvvə olması lazım olduğunu vurğulayıb. İsrailin bölgə üçün təhlükə yaratdığını ifadə edən Erivani, "İsrail rejimi Qəzzada dinc əhaliyə qarşı qırğınını davam etdirdiyi kimi, Livanda da mülki insanları hədəfə almağa davam edir.

Seçilən
3
50
kommersant.az

10Mənbələr