AZ

Avtomobildə gizlədilən dərman vasitələri aşkar edilib

Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “PVC” yükü aparan yük nəqliyyat vasitəsinə daxil olmuş əməliyyat məlumat əsasında gömrük baxışı keçirilib.

İdarədən verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin müxtəlif gizli saxlanc yerlərindən təsiredici maddəsinin miqdarı 6436,125 qram olan 28605 həbdən ibarət “Tramadol hidroxlorid” tərkibli dərman preparatları aşkar edilib.

Qeyd edək ki, “Tramadol” “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
38
24
cebheinfo.az

10Mənbələr