AZ

Moskvanın mərkəzində atışma: ölən və yaralananlar var

Yayımlandı: 18 Sentyabr 2024 17:57 Hadisə “Wildberries” şirkətinin baş ofisinin yaxınlığında baş verib Sentyabrın 18-də Moskvanın mərkəzində “Wildberries” şirkətinin baş ofisinin yaxınlığında atışmanın olduğu bildirilir. Məlumata görə, şirkətin təsisçisi Tatyana Bakalçukun əri Vladislav Bakalçuk mühafizəçi ilə birlikdə Moskvanın mərkəzindəki “Romanov Dvor” biznes mərkəzindəki bazar ofisinə “qanunsuz daxil olmağa” cəhd edərkən atışma baş verib. “Mash” teleqram kanalı naməlum şəxslərin “bazarın baş ofisinə gələrək atəş açmağa başladığını” yazıb. İlkin məlumatda 3 nəfərin güllə yarası aldığı, 2 nəfərin öldüyü qeyd olunur. “Shot” teleqram kanalının məlumatında atışma nəticəsində 7 nəfərin yaralandığı bildirilir: “O cümlədən Bakalçukun biznes mərkəzində danışıqlar aparmağa gələn “həmkarı”, həmçinin bir polis əməkdaşı yaralanıb və xəstəxanaya yerləşdirilib”. “Mash” iddia edir ki, yaralananlar arasında qarışıq döyüş növləri üzrə döyüşçülər Abubakar Mestoev, Umar Çiçayev, habelə ağır çəkidə boks üzrə Rusiya çempionu Rəşid Kodzev də var: “Onlar Bakalçukla gəliblər. Çiçayev Çeçenistandandır və Qroznıda yaşayır. O, Ramzan Kadırovun yaratdığı “Axmat” klubunun döyüşçüsü kimi təqdim edilir.İnsident nəticəsində “Wildberries”in ofisində ən azı 10 iştirakçı saxlanılıb. Onların bəziləri həbs zamanı müqavimət göstərib”. “İnterfaks”ın məlumatına görə, 30 nəfər saxlanılıb. Teleaparıcı Kseniya Sobçak öz “Telegram” kanalında tibbi maskalı silahlı şəxslərin də metronun “Dinamo” ərazisindəki “İskra Park” biznes mərkəzindəki “Wildberries” ofisinə gəldiyini bildirib. K.Sobçak onları “çeçen diasporu ilə” əlaqələndirir. Paytaxt rəhbərliyi hələlik atışma və insan tələfatı ilə bağlı xəbərləri şərh etməyib. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
xural.com

1Mənbələr