Portuqaliyada məktəbdə 12 yaşlı oğlanın hücumundan sonra ən azı 6 azyaşlı bıçaqlanıb. Pravda.az oxu.az-a istinadən bildirir ki,məlumata görə, oğlan Azambuja ərazisində yaşadığı məktəbin şagirdlərinə bıçaqla hücum edib. Zərərçəkənlər 11-14 yaş arası yeniyetmələrdir. Onlardan biri ağır, beşi isə yüngül xəsarət alıb.
Hücum edənin motivləri hələlik məlum deyil.
Tarix: 18 Sentyabr 2024, 18:36