AZ

Rostislav Pevtsov Dünya kubokunda çıxış edib

Üçqat olimpiada iştirakçısı Rostislav Pevtsov Valensiyada keçirilən Dünya kubokunda 20-ci yeri tutub.

Sprint formatında keçirilən reytinq turnirində iştirakçılar əvvəlcə 750 metr məsafəni üzməli, daha sonra 19,2 km məsafəni velosipedlə qət etməli, daha sonra isə 5 km qaçmalı idilər.

Starta 65 idmançı çıxıb və məsafənin birinci yarısından sonra Azərbaycan millisinin triatlonçusu ilk onluqda yer almaq üçün mübarizə aparıb. Lakin o, tranzit zonadan əvvəl sonuncu döngədə kütləvi yıxılmağa tuş gəlib və yüksək yer şansını itirib.

Nəticədə bütün məsafəni 50 dəqiqə 44 saniyəyə qət edən Pevtsov finiş xəttini 20-ci keçib.

İspaniyalı David Kantero Del Kampo Dünya kubokunun qalibi, avstraliyalı Kallum Maklakki ikinci, digır ispaniyalı Serxio Kabrera isə üçüncü olub.

Seçilən
26
2
cbcsport.az

3Mənbələr