AZ

Azərbaycan gəncləri niyə evlənmək istəmir? – 4 SƏBƏB

“Azərbaycanda ailə institutu dəyərdən düşüb”.
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Mail Yaqub gənclərin evlənməkdən yayınmasının səbəblərindən danışarkən deyib.
Onun sözlərinə görə, gəncləri evlilikdən çəkindirən səbəblərin kökündə sosial problemlər dayanır:
“Maddi baxımdan imkanı yüksək olan ailələrdə də qızlar və oğlanların evlənməyə meyilliyi çox azalıb. Bunun kökündə bir neçə problem dayanır. Birincisi, maddi məsələdir. Gözləntilərin çox olması, imkansızlıq və s. İkincisi, ailə institutunun dəyərdən düşməsidir. Bu gün ailənin hörməti, əhəmiyyəti azalıb. Gənc ailə qurmağa can atmır, tələsmir. Üçüncüsü, ailə məsuliyyətdir. Gənclər bu məsuliyyətin altına girmək istəmirlər. Bundan əlavə həm də asılılıqdır, müəyyən öhdəçiliyin yaranmasıdır. Gənclər sərbəst, rahat olmaq istəyirlər. Dördüncüsü, Azərbaycanda boşanmaların sayının hədindən artıq çox olması gənclərdə vahimə yaratmasıdır. Gənclər düşünür ki, ailə quracaqlar, sonra yola gedə bilməyəcəklər. Ona görə də evlənmək istəmirlər”.
Bəs nə etməliyik? Mail Yaqub təklif edib ki, ailənin dəyərini yüksəltmək lazımdır:
“Bu istiqamətdə təbliğat aparmaq lazımdır. Çalışmaq lazımdır ki, boşanmaların sayı azalsın, bu vahimə gənclərin düşüncəsindən qalxsın”.
Mail Yaqub ailə institutunun dəyərdən düşməsi tendensiyasının Qərbdən gəldiyini açıqlayıb:
“Bu gün Avropada nikahlar 50%-dən çoxu artıq qeyri-rəsmi, vətəndaş nikahında yaşayır. Bu ailənin heç bir öhdəliyi yoxdur, bir yerdə yaşamaq, vəssalam. Avropa bunun əziyyətini çəkir, əhali azalır. Doğum azdır, ailə institutu olmayan yerdə uşaq olmur. Amerika da bu prosesdən əziyyət çəkir. Bir il ərdə olub boşanan müğənni xanım çıxıb efirə xoşbəxtliyindən danışır, ailə institutuna bir çıxışı ilə zərbə vurur. Gənclərə deyir ki, ailəli olmaq o qədər də önəmli deyil, əsas odur ki, mənim kimi pulunuz olsun. Şüuraltı deyir ki, mən istədiyimlə oturub-dururam, gəzirəm, xoşbəxtəm. Müğənni bununla da ailə institutuna zərbə vurur. Sonra da deyirik ki, bu qədər boşanmaya səbəb nədir? Elə bu müğəninin çıxışı..”.
Seçilən
19
3
tribunainfo.az

4Mənbələr