AZ

Şahmat Olimpiadası: Bir qələbə, bir heç-heçə

Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında VII tur başa çatıb.

Sportnet.az xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan komandası Qazaxıstan üzərində 3-1 hesablı qələbə qazanıb. Aydın Süleymanlı və Məhəmməd Muradlı bu tur rəqiblərini məğlub edib. Nicat Abasovla Rauf Məmmədov heç-heçəylə kifayətlənib.

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi eyni hesabla Qazaxıstana uduzub 1-3. Günay Məmmədzadə və Gövhər Beydullayeva heç-heçə oynayıb. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova məğlubiyyətlə barışmalı olub.

Qeyd edək ki, olimpiada sentyabrın 22-də yekunlaşacaq


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
8
sportnet.az

8Mənbələr